Əlavə dəyər xidmətləri

Yom Logistics şirkətinin xidmətlərindən biri Əlavə dəyər xidmətləridir. İş sahəmiz 400 m2 təşkil edir.Xidmətlərimizə  paketləmə, müxtəlif formada olan qida, qeyri-qida məhsulların Azərbaycan dilində təsvirin stikerlər üzərində çap edib vurulması, hədiyyəlik paketləmələrin hazırlanması aiddir.Anbarımız yüksək keyfiyyət göstəricilərinə cavab verən və yüksək istehsal gücünə malik avropa istehsalı olan müasir avadanlıqlarla təhciz edilmişdir. Müasir texnikadan istifadə edərək gündəlik 10 minlərlə məhsullar üzərinə legal tərcümə vurulur. Qeyd edə biləcəyimiz digər əməliyyatlar məhsulların şrink aparatı vasitəsi ilə streclə hədiyyəlik bağlama kimi paketlənməsi, hədiyyə skoçu ilə bağlanılması daxildir. İş prosesində texnika və işçi güvvəsindən istifadə olunur.İşlər komanda şəklində yerinə yetirilir, hər komandada 4-5 nəfər çalışır.Ümumilikdə şöbəmizdə 30-35 nəfər işçi çalışır.Gündəlik olaraq stikerlənəcək və bandlama olan məhsullar bizim Əlavə dəyər xidmətləri anbarına daxil olunur.Bütün məhsullar yoxlamadan keçirilir,qablaşdırılıb təhvil verilir. Yalnız bundan sonra məhsullar satışa açıq olur. Stikerlərin və bandlamaların hazırlanma zamanı  briqadirlərimiz işin keyfiyyətli və səliqəli  görülməsinə nəzarət edir. Əməliyyatlar zamanı bütün təhlükəsizlik texnikaları qaydalarına riayət olunur.Yom Logistics olaraq bizim üçün işçilərimizə təhlükəsiz iş şəraiti yaratmaq vacib amildir. Bundan əlavə iş zamanı gigiyena qaydalarına da önəm veririk. Beləki qida və qeyri- qida məhsulları ayrı işlənib, yığılır.

Stikerləmə xidmətinə stikerin mətnin çapı, məhsulun üzərinə vurulması, yenidən qablaşdırılıb paletlə anbara təhvili daxildir. Bandlama xidməti 2-3 məhsulun birlikdə paketlənməsidir. Bu məhsullar bazara yeni bir təklif kimi təqdim edilir. Bandlamaların üzərinə hədiyyə yazılı skoçlar,  müxtəlif stikerlər(endirimli, hədiyyəli,1+1 və s.) vurulur. Paketləmədə növ seçimi genişdir.Növ və  görünüş sifarişçi tərəfindən təstiqlənir.

Heyətimizin  işə peşakar yanaşma,düzgün planlama və nəzarət nəticəsində bazarda böyük şirkətlərlə əməkdaşlığımız uğurlarımızdan biridir. Engin, PG və s. kimi şirkətlərlə əməkdaşlıq edirik. Bu şirkətlər ilə davamlı əməkdaşlıq xidmətin keyfiyyətinin göstəricisidir. Ariel + Fairy, Pantene, H&S, Safeguard,Always, Selpak,Pringles,Papagan və s. bandlamaları müvəffəqiyyətli işlərimizdən hesab edə bilərik. Bu layihələrin uğurlu olmağı səbəbindən ildən ilə sifarişlərin sayı artır. Bazarda böyük rəqabəti nəzərə alaraq şirkətlər yüksək səviyyədə qalmaq üçün yeni məhsulları müştərilərə müxtəlif üsüllar ilə təqdim edirlər. Alıcılıq qabiliyyətini nəzərə alaraq şirkətlər çox vaxt hədiyyəlik və ya endirimli paketlər təklif edirlər. Bu aksiyalar yeni məhsul ilə tanışlıq və yaxud daha öncə tanınan məhsulu sərfəli qiymətlə alışını nəzərdə tutur. Məhz bu istiqamətdə  biz öz xidmətlərimizi təklif edirik. Hər bir məhsula əlavə dəyər qataraq onu bazara təqdim edirik.Biz ayrı ayrılıqda hər bir müştərinin tələblərinə uyğun xidmət göstərməklə yanaşı işimizi yüksək keyfiyyət standartları ilə yerinə yetiririk.

Xidmətlərimizin uğurlu olmasının əsas səbəblərindən biri şirkətin bölmələrinin qarşılıqlı fəaliyyətindən və məlumat axının düzgün paylaşımından asılıdır. Burada əsas anbar  və bizim bölmə arasında olan təchizat zəngirini qeyd etmək olar.  Həmçinin  Əlavə dəyər xidmətləri və marketinq şöbəsi arasında daim informasiya əlaqələrinin mövcudluğu bazarla istehsalımızı bütünləşdirir.Marketinq şöbəsi tərəfindən müştəri ehtiyac və tələbatları ilə əlaqədar əldə edilən bütün informasiya, qərara alınan aksiyalar  bizim şöbəyə çatdırılır. Aksiyanın bütün xarakteristakası təstiqləndikdən sonra işin planlaması başlanılır. Gündəlik plana əsasən məhsullar işlənib, anbara təhvil verilir.