Logistika sahəsində bir marka olan “YOM Logistika” bu sahədə öz peşəkarlıqı ilə seçilən bir komanda tərəfindən qurulub. İnteqrasiya olunmuş bir xidmət anlayışını mənimsəyən “YOM Logistika” , bu sahədəki rəqiblərinə nəzərən böyük maddi –texniki bazaya ve imkanlara malikdir ki bu da “YOM Logistikani” rəqiblərindən daim bir addım öndə olmasına gətirib çıxaran amildir. Müştərilərinə ən uyğun xidməti ən uyğun şəkildə göstərməyi özünə borc bilən şirkətimiz yüklərin çıxış nöqtələrindən etibarən ən son nöqtəyə qədər çattırılması və bu prosesin icrası zamanı müştərilərin prosesin bütün mərhələləri haqqında məlumatlandırılmasını özü üçün prioritet məsələ seçib. Avropadan ve Türkiyədən o cümlədən Ərəb ölkələrindən Azərbaycana həmçinin Azərbaycandan həmin nöqtələrə yükərin quru, istər dəmir yolu nəqliyyatı, istərsə də yüklərin hava ilə daşınması üçün öz xidmətlərimizi ən uyğun şərtlərlə təklif edir və xidmətimizin yüksək keyfiyyətinə zəmanət veririk.
Məhsulların ölkədaxili yerləşən market və supermarketlərə çatdırılması, əsas Anbar Bakıda, 3 Region anbarları ilə yanaşı digər 3 Region filiallarından 24 saatdan 48 saatadək həyata keçirilir. Şirkət nəinki mağaza və supermarketlərə,həmçinin Azərbaycanda yerləşən otel, restoran və kafelərə də çatdırılma edir. Ən son yeniliklərdən istifadə etməyi üstün tutan şirkət yenilənmiş naviqasiya proqramlarından, və xüsusi çatdırılmanı daha da səmərəli və operativ edən Nəqliyyat İdareetmə Sistemindən istifadə edir.